YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı

   YAŞAT-ın xərclədiyi vəsaitlər açıqlandı
  08 Dekabr 2021    Oxunub:1022
"40 şəhid ailəsinin üzvü və 15 qazi Dövlət Agentliyi strukturlarinda işlə təmin edilib".
AzVision.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446 manat məbləğində vəsait xərclənib: "Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub. İndiyədək 65 milyon manat Fonda ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib

Xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub".

Şəhanə Rəhimova
AzVision.az



Teqlər: YAŞAT  





Xəbər lenti