Azərbaycanda narkomanların sayı açıqlandı

   Azərbaycanda narkomanların sayı açıqlandı
  08 Dekabr 2021    Oxunub:1699
Hazırda Respublika Narkoloji Mərkəzdə 33 788 nəfər narkotik istifadəçisi qeydiyyatdadır.
AzVision.az xəbər verir ki, bunu Mərkəzin baş direktoru Orxan Cəfərov deyib. O qeyd edib ki, qeydiyyatda olanlardan 619-u qadındır:

“Yaş qruplarına gəlincə, 15-17 yaşa arsı 9 nəfər, 18-24 yaş arası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir”. Direktor qeyd edib ki, son zamanlar narkotik istifadəçilərin sayı artıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Narkoman  





Xəbər lenti