Mobil notariat tətbiqində yenilik olacaq

Mobil notariat tətbiqində yenilik olacaq
  08 Dekabr 2021    Oxunub:1359
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. A.Səmədzadə qeyd edib ki, mobil notariat tətbiqindən bu günə qədər artıq 200 minə yaxın insan istifadə edir:

"Hər gün 500-dən artıq ayrı ayrı sənədlər bu tətbiq vasitəsilə təsdiq olunur. Bu istiqamətdə yeniliklər davam edəcək və ictimaiyyətə bu barədə də məlumat veriləcək. Hazırda mobil notariat tətbiqi vasitəsilə bütün kommunal xidmətlərinin yeni mülkiyyətçi adına keçirilməsi prosesini bir addımla həyata keçirmək mümkündür. Yaxın zamanda biz banklarla bu istiqamətdə yaradılacaq yeni proqram barədə də geniş məlumat verəcəyik"-deyə o qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Notariat  





Xəbər lenti