Azərbaycanda 58 siyasi partiya var

   Azərbaycanda 58 siyasi partiya var
  08 Dekabr 2021    Oxunub:966
Azərbaycanda hazırda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib. Onun sözlərinə görə, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var.

Şöbə rəisi deyib ki, son 5 ildə 10 minə yaxın layihə üzrə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ ayrılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Siyasi-Partiya  





Xəbər lenti