Qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlandı

   Qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlandı
  08 Dekabr 2021    Oxunub:927
"Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib"
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev "Virtual diabet məktəbi" layihəsinin təqdimat mərasimində deyib. O bildirib ki, son illərdə diabet xəstələrinin sayı 5-6 faiz artıb:

"Lakin bir çox insanlar şəkərli xəstə olduğunu bilmir və ağırlışdıqdan sonra məlumatlı olurlar. "Virtual məktəb" layihəsi insanların bu sahədə insanların biliyini artırılmasına , həyat tərzinə fikir vermələrinə yardımçı olacaq".

Z.Əliyev bildirib ki, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır: "Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Diabet  





Xəbər lenti