Psixoloqa müraciət edən ailələrin 40%-i boşanmaq fikrindən daşınıb

   Psixoloqa müraciət edən ailələrin 40%-i boşanmaq fikrindən daşınıb
  08 Dekabr 2021    Oxunub:673
"2018-ci ildən hazıradək qeydiyyat şöbəsinə nikahın pozulması üçün müraciət etmiş 5 154 şəxsdən 95%-i psixoloqla görüşüb. Nəticədə onlardan 40%-i boşanmaq fikrindən daşınıb".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bəzi sosial problemlər ailə münasibətlərinə mənfi təsir göstərir və son illərin statistikasına nəzər saldıqda boşanmaların sayında artım müşahidə olunurdu:

"“Mediasiya haqqında” Qanun qəbul edilməzdən əvvəl 2018-ci ildə Ədliyyə Nazirliyi tərəfindən psixoloqlarla görüşlər keçirilib. Təsəvvür edin ki, bu işin nəticəsi olaraq son illərlə müqayisədə ilk dəfə idi ki, nikahın pozulma sayının azalmasını müşahidə etdik və bu hal bizi qeyd edilən sahədə səyləri daha da artırmağa ruhlandırdı".

Aytən Zəhra
AzVision.az


Teqlər: Boşanma   Ədliyyə  





Xəbər lenti