4 ildə 9935 uşağın doğumu dövlət qeydiyyatına alınmayıb

   4 ildə 9935 uşağın doğumu dövlət qeydiyyatına alınmayıb
  08 Dekabr 2021    Oxunub:949
"Təəssüf ki, gündəlik həyatımızda kənd və qəsəbələrdə əhalinin hüquqi savadsızlığı səbəbindən doğumu qeydə alınmamış uşaqlara hələ də rast gəlinir".
AzVision.az -ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onun sözlərinə görə, bununla əlaqədar 2017-ci ildən etibarən əməkdaşlar bölgələrə ezam olunaraq kənd-kənd, qəsəbə-qəsəbə gəzərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə əhali arasında maarifləndirmə işi aparır, doğumu qeydə alınmayan uşaqları aşkar edərək onların doğumunun dövlət qeydiyyatına alınmasına hüquqi yardım göstərirlər:

"Bu tədbirlər nəticəsində 2017-ci ildən hazıradək əvvəlki illərdə tibb müəssisəsində və ya ev şəraitində doğulub, lakin doğumu dövlət qeydiyyatından kənarda qalmış 9335 uşaq müəyyən edilib, onlardan 8875-nin doğumu qeydə alınıb. Zəruri sənədləri olmayan digərlərinin valideyninə isə məhkəməyə doğum faktının müəyyən edilməsi ilə bağlı müraciət etməsinə köməklik göstərilib".

Aytən Zəhra
AzVision.az



Teqlər: Uşaq  





Xəbər lenti