“YAŞAT”ın yaradılmasından 1 il ötdü - VİDEO

   “YAŞAT”ın yaradılmasından 1 il ötdü -    VİDEO
  08 Dekabr 2021    Oxunub:356
“YAŞAT” Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.
8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.



Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Qonaqlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımızın, dünya azərbaycanlılarının vahid formada təşkilatlanması, o cümlədən ölkəmizdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Məhz bu kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığı, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığı vurğulanıb.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Xərclənən vəsaitdən:

• Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 32 477 789.50 AZN

• Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN

• İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN

• Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 128 461.65 AZN

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Tədbir çərçivəsində “YAŞAT” Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

AzVision.az

Teqlər:







Xəbər lenti