Əhalinin 24 faizi diabet və prediabetdən əziyyət çəkir

 Əhalinin 24 faizi diabet və prediabetdən əziyyət çəkir
  08 Dekabr 2021    Oxunub:1131
Azərbaycanda 300 minə yaxın dispanser qeydiyyatda olan şəkərli diabet xəstəsi var. Bu o deməkdir ki, ölkədə 2 qat artıq xəstə var, yəni 600 min nəfər bu xəstəlikdən əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Endokrinologiya, Diabetologiya və Trapevtik Tlimat Assosiasiyasının sədri Valeh Mirzəzadə "Virtual diabet məktəbi"layihəsinin təqdimat mərasimində deyib. O bildirib ki, Azərbaycanda hazırda 1 milyon 800 min pre-diabetik dövrdə olan xəstə var:

"Beləliklə, ölkədə 2 milyon 400 min diabet və prediabetik dövrdə olan xəstə var. Bu faktiki Azərbaycan əhalisinin 24 faizidir. Şəkərli xəstələrdə tez tez təzyiq, ürək çatışmazlığı və insult olur. Şəkərli diabet və prediabet özü ilə ölkəmizə böyük problemlər gətirir".

V.Kərimov qeyd edib ki, hazırdaəkərli diabet xəstələrinin müalicəsində istifadə olunan sovet sistemi işləmir: " Bu sistem xroniki xəstəliklərə işləmir və onu dəyişdirmək lazımdır".

Aytən Zəhra
AzVision.az




Teqlər: Diabet   Xəstə  





Xəbər lenti