Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub

Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
  08 Dekabr 2021    Oxunub:911
Cari ilin 30 noyabr - 1 dekabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində "İnterpol"un “Geiger” layihəsinin İşçi qrupunun Qara Dəniz, Qafqaz və Mərkəzi Asiya regionlarının müvafiq strukturlarının nümayəndələri ilə görüşü keçirilib.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, radioloji və nüvə terrorçuluğu ilə mübarizə məsələlərini əhatə edən “Geiger” layihəsi üzrə işçi qrupun məqsədi, regional və qlobal səviyyələrdə məlumat mübadiləsini artırmaqla radioloji və nüvə terrorçuluğu təhlükəsinin qarşısının alınmasında üzv ölkələrə yardım etməkdən ibarətdir.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Kamran Həsənov ölkəmizin terrorçuluğa qarşı mübarizəyə fəal töhfə verdiyi qeyd edərək, dövlətin hüquq mühafizə sistemi haqqında ətraflı məlumat verib, milli qanunvericilikdə terrorçuluq, radioaktiv materiallarla qanunsuz davranma, onların talanması və hədə-qorxu ilə tələb edilməsi ilə bağlı işlərin ibtidai istintaqı zamanı prokurorluğun rolu və üzərinə düşən vəzifələr haqqında danışıb.

Görüşün yekununda "İnterpol" nümayəndələri ilə ikitərəfli görüş keçirilib və “Geiger” layihəsi çərçivəsində yaradılacaq Analitik altqrupun gələcək əməkdaşlıq istiqamətlərinin perspektivləri müzakirə edilib.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti