Mikayıl Cabbarov federasiya prezidenti oldu

   Mikayıl Cabbarov federasiya prezidenti oldu
  08 Dekabr 2021    Oxunub:351
Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.

AzVision.az

Teqlər: MikayılCabbarov  







Xəbər lenti