Musiqili Teatr aktyoru sağaldan həkimə təşəkkür etdi

Musiqili Teatr aktyoru sağaldan həkimə təşəkkür etdi
  08 Dekabr 2021    Oxunub:698
Musiqili Teatr Onkoloji Mərkəzin baş direktoruna təşəkkür etdi
Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev başda olmaqla, bütün kollektivinə minnətdarığını bildirib:

“Bizim aktyorumuzu – Əməkdar artistimizi tam təmənnasız olaraq əməliyyat etdiklərinə, hər cür köməklik göstərdiklərinə görə Onkoloji Mərkəzin rəhbəri, çox hörmətli akademikimiz Cəmil Əliyevə və onun rəhbərlik etdiyi kollektivə – bütün tibb personalına dərin təşəkkürlərimizi bildiririk. Bu gün Novruz Əliyev onların sayəsində ailəsinin yanındadır. Minnətdarıq ki, onlar həmişə insanlara belə diqqət və qayğı ilə yanaşıblar. Bundan əvvəl də Musiqili Teatrın həyatında elə hallar olub ki, Onkoloji Mərkəzə müraciət edən əməkdaşlarımıza həmişə diqqətlə yanaşıblar. Bir daha minnətdarıq, sağ olsunlar”.

Bu barədə açıqlamasında teatrın direktoru, Əməkdar incəsənət xadimi fəlsəfə doktoru Əliqismət Lalayev bildirib və Novruz Əliyevin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, ötən həftə Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Əliyev Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Hazırda ev şəraitində müalicəsi davam edir.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti