Metroda ölüm hadisəsi baş verib

   Metroda ölüm hadisəsi baş verib
  09 Dekabr 2021    Oxunub:1315
Bakıda metroda ölüm hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az -a açıqlamasında bildirib ki, hadisə səhər saat 08:10-da metronun "28 may" stansiyasında baş verib.

"Sərnişin qatarda özünü pis hiss edib. "28 may" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs yaşlı kişidir"-deyə B. Məmmədov bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Metro  



Xəbər lenti