Hacıqabul sakinindən tüfəng götürülüb

Hacıqabul sakinindən tüfəng götürülüb
  09 Dekabr 2021    Oxunub:1165
Hacıqabul rayon sakinində müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

AzVision.az


Teqlər: Hacıqabul  



Xəbər lenti