Ağdaşda narkotik çəkən 19 sürücü aşkarlanıb

Ağdaşda narkotik çəkən 19 sürücü aşkarlanıb
  09 Dekabr 2021    Oxunub:996
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. S

ürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Elmar Məmmədovun marixuanadan istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, noyabr-dekabr ayları ərzində Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlanıb.

AzVision.az


Teqlər: Sürücü  



Xəbər lenti