Ağsu sakinindən silah götürülüb

Ağsu sakinindən silah götürülüb
  09 Dekabr 2021    Oxunub:654
Ağsu sakini silahını könüllü olaraq polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, vətəndaşlara edilən müraciət və aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq Ağsu rayon Növcü kənd sakini Nəcəf Məmmədov qanunsuz olaraq saxladığı 24 çaplı, tək lüləli ov tüfəngini könüllü olaraq polis şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Silah  



Xəbər lenti