"Gələn il 15 bölgədə ayrıca STEAM mərkəzləri açılacaq" - Nazir

   "Gələn il 15 bölgədə ayrıca STEAM mərkəzləri açılacaq" -    Nazir
  09 Dekabr 2021    Oxunub:624
"Uzun müddətdir ki, Azərbaycan təhslinin məzmunu ən az sürətlə dəyişən sahədir. Bizim valideynlərimiz, tədris planlarımız bir-birindən fərqlənməyib. Biz Təhsil nazirliyi olaraq əlimizdən gələni edirik ki, uşaqlarımızın tədris məzmunu yeni çağırışlara cavab versin".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalında (SAF) çıxışı zamanı deyib. Onun sözlərinə görə, STEAM 100 mindən artıq şagirdi əhatə edir:

“15 bölgədə ayrıca STEAM mərkəzləri açılacaq. Şirvan, Gəncə, Quba, Sabirabad, Ağdaş mərkəzləri hazırdır. Bütün yeni məktəblərdə STEAM mərkəzləri və laboratoriyaları açılır. Biz artıq növbəti ildən başlayaraq minlərlə müəllimin təlimdən keçməsini, innovativ məktəblər layihəsinə başlamaq istəyirik. Bu, rəqəmsal bacarıqları özündə birləşdirən layhə olacaq. Layihə Azərbaycanın gələcəyinə, gənclərə uyğun şəkildə hazırlanacaq”.

Aytən Zəhra
AzVision.az




Teqlər: STEAM  



Xəbər lenti