"Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb" - Əhməd İsmayılov

   "Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb" -    Əhməd İsmayılov
  09 Dekabr 2021    Oxunub:566
"Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır".
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır.:

"Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı, ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”.

Əhməd İsmayılov qeyd edib ki, milli mətbuat günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda “İctimai proseslər mediada” adlı Davos formatında tədbir təşkil etməyi düşünürük. Bu adı gələcəkdə inkişaf etdirib, başqa adla da bu tədbiri keçirə bilərik. Çünki ictimai proseslər, məişət zorakılıqları ilə bağlı qurumlar tərəfindən mediaya tənqidlər səsləndirilir. Bu tədbirdə bütün media subyektləri və həmin qurumların nümayəndələri də iştirak edəcək. Biz region mediasına dəstək layihəsi də həyata keçirəcəyik”.

AzVision.az



Teqlər: Media  





Xəbər lenti