Agentlik sədri: "Bəzi media feyk xəbərlərlə reytinq toplamağa çalışır"

      Agentlik sədri:    "Bəzi media feyk xəbərlərlə reytinq toplamağa çalışır"
  09 Dekabr 2021    Oxunub:549
"Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir".
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilir:

"Biz cəmiyyətimizi çaşdırıcı informasiyalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.

Ə.İsmayılov qeyd edib ki, onlayn mediada standartlar da hazırlanacaq: “Strateji planlaşdırma istiqamətində də iş gedir. Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində xüsusi layihə konsepti – MediaAd hazırlanacaq”.

AzVision.az



Teqlər: Media  





Xəbər lenti