"Ağdam və Şuşa məktəbləri müasir təhsil müəssisələrindən olacaq" - Nazir

 "Ağdam və Şuşa məktəbləri müasir təhsil müəssisələrindən olacaq" -   Nazir
  09 Dekabr 2021    Oxunub:798
"Şuşa şəhər 1 nömrəli məktəbin layihələndirmə prosesi yekunlaşıb, artıq tikintisinə başlanılacaq".

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmirullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir: "Eyni zamanda Ağdam və Cəbrayılda da layihələndirmə prosesi başlayıb. Yəqin ki, yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdə məktəb layihələri ən yaxşı layihələrdəndir".

Nazir bildirib ki, həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi və arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir təhsil müəssisələrindən olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti