Şuşada minaya düşənlərin adları məlum oldu

   Şuşada minaya düşənlərin adları məlum oldu
  09 Dekabr 2021    Oxunub:1389
Şuşanın Daşaltı kəndində minaya düşən şəxslərin şəxsiyyəti məlum olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Qəndiyev Vüsal Firuddin oğlu və Qobustan rayon sakini Xanatov Orxan Nazim oğlu xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

AzVision.az


Teqlər: Şuşa  





Xəbər lenti