Şuşada iki nəfərin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb

   Şuşada iki nəfərin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb
  09 Dekabr 2021    Oxunub:872
Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumatda bildirilib ki, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

AzVision.az



Teqlər: Şuşa   Mina  





Xəbər lenti