Ağdam Sənaye Parkına 100 milyonluq investisiya yatırılması gözlənilir
"İlkin təqdim olunan biznes planlara əsasən bu rəyə gəlirik. "Araz Vadisi İqtisadi Zonası" Parkı logistika xəttlərinin üzərində yerləşdiyi üçün burada daha çox logistika şirkətlərin, texnikaların təmiri və baxımı müəssisələrinin qurulmasını gözləyirik. Orada ilk rezidentimiz var. "Araz Vadisi İqtisadi Zonası"nda fəaliyyət göstərmək üçün müraciət edən sahibkarlıq subyektləri də var. Hal-hazırda biznes planlar təhlil olunur".
E.Nuriyev qeyd edib ki, Ağdam Sənaye Parkında tikinti materialları, qida sənayesi müəssisələrinin qurulmasını gözlənilirdi:
"Ağdam Qarabağın sənaye şəhəri olub. Sənaye Parkının işğaldan azad olunmuş ərazilərin bərpa olunmasında rolu olacaq. Eyni zamanda Qarabağ inzibati vahidinə daxil olan digər rayonlarımızın inkişafına da töhfə verəcək. Müraciət edən rezidentlərin əksəriyyəti əl əməyi tələb edən müəssisələridir. Xanımlarımız üçün iş yerlərinin açılmasını nəzərdə tutur. "Araz Vadisi İqtisadi Zonası"na elektrik xəttinin çəkilişi davam edir, ərazinin su ilə təmin olunmasına başlanılıb. Yxın zamanlarda mobilizasiya işləri yekunlaşacaq və rezidentlər də faliyyətə başlayacaq. Bundan sonra əsaslı infrastruktur işlərinə başlanılacaq. Bununla müraciətlərə baxılacaq və seçim olacaq".
Aytən Zəhra
AzVision.az