Qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olundu

Qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olundu
  10 Dekabr 2021    Oxunub:784
Goranboyda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hacallı kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ” markalı, 16 kalibirli, tək lüləli ov tüfəngi, Qızılhacılı qəsəbə sakini Sərxan Əhmədovdan isə “İJ” markalı, 12 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Silah  



Xəbər lenti