Azərbaycan sulfat turşusu istehsal edəcək - 10 milyonluq sərmayə

   Azərbaycan sulfat turşusu istehsal edəcək -    10 milyonluq sərmayə
  10 Dekabr 2021    Oxunub:2004
"Hazırda Azərbaycana Rusiya və Gürcüstandan sulfat turşusu idxal olunur. Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" zavodu inşa edildikdən sonra sulfat turşusu ölkəmizdə istehsal ediləcək. Məqsəd idxalın qarşısını almaqdır".
AzVision.az xəbər verir ki, "Azərsulfat" MMC-nin baş direktoru Emil Quliyev deyib. O qeyd edib ki, istehsal olunan məhsulların Azərbaycandan Rusiya və Gürcüstan bazarlarına ixracı nəzərdə tutulur:

"Müəssisənin illik gücü 20 min tondur. İlkin mərhələdə xammalı xaricdən idxal edəcəyik. SOCAR-ın Neftayırma Zavodunda gələn ilin ortalarında modernizasiya işləri bitəndən sonra xammal tam yerli istehsal hesabına olacaq. Müəssisənin tikintisi başa çatmaq üzrədir və gələn ilin martında təhvil veriləcək. İnvestiya layihəsinin dəyəri 10 milyon manatdır, bunun artıq 5 milyon manatı yatırılıb. Müəssisə ancaq yerli mütəxəssislər tərəfindən qurulur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Sulfat-turşusu  





Xəbər lenti