Bu il 4,4 min nəfərdən çox miqrant ölüb

   Bu il  4,4 min nəfərdən çox miqrant ölüb
  10 Dekabr 2021    Oxunub:790
2021-ci ilin əvvəlindən bəri 4,4 mindən çox miqrant başqa ölkələrə səyahət etmək istəyərkən dünyasını dəyişib. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir.
Təşkilatın məlumatına görə, 2014-cü ildən bəri 45 400-dən çox miqrant ölümü qeydə alınıb. Bildirilir ki, 2021-ci ildə ölənlərin sayı 4470 nəfəri ötüb.

Bu il Avropa və Amerika da daxil olmaqla dünyanın bir çox miqrasiya marşrutlarında ölüm və itkinlərin artdığı qeyd edilir.

Belə ki, 2021-ci ildə 651 nəfər Meksikanın ABŞ ilə sərhədini keçməyə cəhd edərkən həlak olub ki, bu da 2014-cü ildən bəri hər illə müqayisədə çoxdur.

Eyni zamanda, Avropaya və Avropaya daxil olan miqrasiya yollarında 2720 ölüm qeydə alınıb ki, bu da bu ili regionda son üç ildə “ən ölümcül” il edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Miqrasiya  



Xəbər lenti