Baydenin köməkçisi UNICEF-in direktoru oldu

   Baydenin köməkçisi UNICEF-in direktoru oldu
  11 Dekabr 2021    Oxunub:1336
BMT-nin baş katibi Antoniu Quterreş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yeni icraçı direktoru vəzifəsinə Ketrin Rasseli təyin edib.
AzVision.az BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “UNICEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-dan olan Ketrin Rasselin Fondun yeni direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

Rassel 2018-ci ilin yanvarından UNICEF-ə rəhbərlik edən Henrietta Foru əvəz edəcək. Ketrin Rassel innovativ inkişaf və humanitar böhranda olan qadınlar və qızlar da daxil olmaqla, dünya üzrə həssas əhali qruplarına dəstək sahəsində on illiklər təcrübəsinə malikdir.

Qeyd edək ki, Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.

AzVision.az


Teqlər: UNICEF   ABŞ  





Xəbər lenti