Parisdə Heydər Əliyevin xatirəsi anılıb
Qeyd edib ki, İkinci Dünya müharibəsinin sonunda Şarl dö Qol Fransanın çox çətin anlarında hakimiyyətə gələrək, ölkəsini ağır vəziyyətdən çıxardı. Heydər Əliyev də Azərbaycanın ən çətin və mürəkkəb vaxtında hakimiyyətə gələrək, ölkəmizi çətin vəziyyətdən çıxardı, ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirdi. Vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada layiqli yerini tutması, regionun lider dövləti olması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir.
Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş konsert olub. Timur Abdikeyev (bariton), Albertin Obert (ckripka), Səidə Zülfüqarova (piano), Ağarəhim Quliyev (fleyta), Səddam Novruzbəyov (balaban) Azərbaycan və xarici bəstəkarların musiqilərini səsləndiriblər. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş çıxış və konsert Fransadakı səfirliyimizin feysbuk səhifəsindən birbaşa yayımlanıb.
AzVision.az
Teqlər: Paris







Vaxtında, Aydın, Lazımlı!


