Gürcü nazir sabah Azərbaycana gələcək

 Gürcü nazir sabah Azərbaycana gələcək
  12 Dekabr 2021    Oxunub:1092
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava sabah Bakıya səfər edəcək.
AzVision.az xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.

İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.

Gürcü nazirin Bakıda bir neçə görüşləri də nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti