Bakıda 8 nəfər dönərdən zəhərlənib

   Bakıda 8 nəfər dönərdən zəhərlənib
  13 Dekabr 2021    Oxunub:1071
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu AzVision.az -a açıqlamasında bildirib ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

AzVision.az


Teqlər: Dönər  



Xəbər lenti