Zəhərlənmə olan dönərxananın administratoru: "Biz ətimizə cavabdehik"

Zəhərlənmə olan dönərxananın administratoru:  "Biz ətimizə cavabdehik"
  13 Dekabr 2021    Oxunub:2373
Bakıda 8 nəfərin dönərdən zəhərlənməsi şübhəsi ilə “Dönər market”in fəaliyyəti dayandırılıb. 8 nəfər xəstəxanaya yerləşdirilib, müalicələri davam edir. Dönər evinin fəaliyyəti isə dayandırılıb, araşdırmalar gedir. “Dönər market”in administratoru Orxan Ağayev AzVision.az -a bildirib ki, indiyə qədər onlarda belə hadisə baş verməyib:
“İki ildir fəaliyyət göstəririk, heç vaxt şikayət daxil olmayıb. Ətin setrtifikatı var. Gətirən şirkət və biz də cavabhdehik. AQTA tərəfindən fəaliyyətimizlə bağlı sertifikat almışıq. Ekspertizanın nəticələrini gözləyirik. Ola bilər həmin vətəndaşlar dönərdən sonra başqa qida qəbul ediblər, bəlkə də ondan zəhərlənmə olub”.

O.Ağayev qeyd edib ki, müəssisədə koronavirusa və bakteriyalara qarşı hər həftə dezinfeksiya işləri də aparılır: “Özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur”.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti