Dönərdən zəhərlənənlər evə buraxılıb

 Dönərdən zəhərlənənlər evə buraxılıb
  13 Dekabr 2021    Oxunub:1416
Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hər biri evə buraxılıb.
AzVision.az xəbər verir ki, Mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər: Dönər  



Xəbər lenti