Dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

   Dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb
  13 Dekabr 2021    Oxunub:1473
Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinyət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Bunu AzVision.az - a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"də baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti