Peşə məktəblərində tədrisdə yenilik

Peşə məktəblərində tədrisdə yenilik
  13 Dekabr 2021    Oxunub:1401
Təhsil Nazirliyi peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini hazırlayacaq.
AzVision.az -ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

AzVision.az


Teqlər: peşə-Məktəbi  





Xəbər lenti