2022-ci ildə qlobal iqtisadi artım üçün əsas risklər

   2022-ci ildə qlobal iqtisadi artım üçün əsas risklər
  13 Dekabr 2021    Oxunub:2885
Əksər iqtisadçılar qlobal iqtisadiyyatın 2022-ci ildə artacağını gözləyirlər, lakin onların proqnozları yanlış çıxa bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” tərəfindən yayılan materialda deyilir. Nəşrin müəllifləri koronavirus pandemiyasına və omikron ştammının yayılmasına xüsusi diqqət yetirirlər. Qeyd olunub ki, dünyada iqtisadi artım 5,1% ola bilər. “Əgər yeni ştamın daha yoluxucu və təhlükəli olduğu ortaya çıxsa, o zaman dünya iqtisadiyyatının artımı 4,2%-ə qədər yavaşlayacaq. Rusiya və Ukrayna arasında münasibətlərdə gərginlik qazın qiymətinin, iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər isə ərzaq qiymətlərinin daha da artmasına səbəb ola bilər”.



Materialda deyilir ki, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən baza faiz dərəcəsinin artırılması inkişaf etməkdə olan bazarlar üçün problem yarada bilər. Tipik olaraq, belə bir yüksəliş dolları gücləndirir və kapitalın bu bazarlardan qaçmasına səbəb olur:



“Çində enerji resurslarının çatışmazlığı ilə bağlı problemlər gələn il daha az özünü biruzə verəcək. Amma digər problemlər qalacaq. Buna baxmayaraq, ekspertlər 2022-ci ildə Çin iqtisadiyyatının 5,7% artacağını proqnozlaşdırırlar. Avropa liderlərinin həmrəyliyi və Avropa Mərkəzi Bankının siyasəti Avropaya COVID-19 pandemiyasının təsirinin öhdəsindən gəlməyə kömək etdi, lakin gələn il bu amillərin əhəmiyyəti azala bilər”.



Müəlliflər qeyd edirlər ki, geosiyasət qlobal iqtisadiyyata da təsir edəcək. Onlar yazır ki, Tayvan ətrafında hər hansı eskalasiya Birləşmiş Ştatlar da daxil olmaqla digər dünya güclərinin reaksiyasına səbəb ola bilər: “Fövqəldövlətlər arasında müharibə ən pisidir. Amma digər ssenarilər arasında dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətləri donduracaq sanksiyaların tətbiqi Tayvanda smartfonlardan tutmuş avtomobillərə qədər qlobal istehsal üçün kritik əhəmiyyət kəsb edən yarımkeçirici istehsalının iflasa uğraması ilə nəticələnəcək”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Çin   ABŞ  





Xəbər lenti