Bu gün daha iki erməni terrorçunun məhkəməsi başlayır

 Bu gün daha iki erməni terrorçunun məhkəməsi başlayır
  14 Dekabr 2021    Oxunub:1037
Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.
AzVision.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

AzVision.az


Teqlər: Məhkəmə  



Xəbər lenti