"Zəngəzur dəhlizinin açılması Qarabağın inkişafına müsbət təsir edəcək" - Nazir

  "Zəngəzur dəhlizinin açılması Qarabağın inkişafına müsbət təsir edəcək" -    Nazir
  14 Dekabr 2021    Oxunub:934
"Azərbaycan və Naxçıvan arasında nəqliyyat vasitələrinin və yüklərinin maneəsiz hərəkəti üçün Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Bu nəqliyyat dəhlizi Azərbaycanın həm iqtisadiyyatına, həm də regionlarının, xüsusən də marşrutunun əsas shissəsini əhatə edən işğaldan azad edilmiş rayonların inkişafına müsbət təsir edəcək".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu dəhliz tranzit marşurutlar üçün mühüm qovşaq rolunu oynayacaq:

"Horadiz-Culfa dəmir yolunun bərpası Azərbaycan-İran-Türkiyə marşrutu üzrə də yeni imkanlar yaradır".

Aytən Zəhra
AzVision.az


Teqlər: MikayılCabbarov  



Xəbər lenti