Gürcü nazir Azərbaycanla iqtisadi əlaqələrdən danışdı
N.Turnavanlın sözlərinə görə, hər üç ölkə arasında geniş iqtisadi əlaqələr var:
"Hər üç ölkədə bizneslərin hökumətlərlə çox yaxşı əlaqəsi var. Biz pandemiyanın biznesə təsirini azaltmaq üçün bir sıra addımlar atdıq. Bu addımlar əsasən bəzi vergilərin alınmasını təxirə salmaq, ortaq biznes layihələrini dəstəkləmək, yeni maliyyələşmə və kredit imkanları yaratmaq, həmçinin yeni ipoteka imkanları yaratmaq, bundan əlavə turizm və bu kimi həssas sahələrə müəyyən güzəştlər etmək daxildir. Məhz bu addımlar nəticəsində biz 2021-ci ildə ikirəqəmli inkişafa nail olmuşuq. Bildiyim qədəri ilə Azərbaycan və Türkiyədə oxşar addımaları atıb. Son 10 ayın rəqəmlərinə əsasən deyə bilərəm ki, Türkiyə Gürcüstanın 1-ci, Azərbaycan isə 4-cü böyük ticarət tərəfdaşıdır. Hazırda bizim ölkədə Azərbaycan və Türkiyə investisiyalı 1000-dən artıq şirkət fəaliyyət göstərir".
Aytən Zəhra
AzVision.az
Teqlər: