Deputat Novruz Qartalla bağlı çağırış etdi

   Deputat Novruz Qartalla bağlı çağırış etdi
  14 Dekabr 2021    Oxunub:680
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı müvafiq qurumlara çağırış edib.
AzVision.az xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhfələrini verib:

“Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial-maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini birotaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.

AzVision.az


Teqlər:



Xəbər lenti