"Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib

"Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib
  14 Dekabr 2021    Oxunub:602
Dekabrın 14-də Memarlıq və İnşaat Universitetində Azərbaycan Gənclər Fondunun malyiyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən "Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, bu zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil və sağlam həyat tərzi seçməsinə dəstək vermək və ümumilikdə bu soisal bəlaya qarşı mübarizədə iştrak etməkdən ibarət olub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülkər Həsənova layihə haqqında ətralı məlumat verib. Layihə çərçivəsində hazırlanmış maarifləndirici video-çarx nümayiş olunub. Daha sonra tədbirə təlimçi qismində dəvət olunmuş Orxan Şahbaz narkomaniya və zərərli vərdişlər və onlardan uzaq durmağın yolları haqda iştirakçılara ətraflı məlumat verib.









AzVision.az





Teqlər:



Xəbər lenti