Göygöldə "avtoş"lar cərimələndi
Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin Vətən müharibəsi qazisi olmasından istifadə edərək rayon ərazisində təhlükəli manevrlər etməsi, avtomobilə əlavə avadanlıq quraşdırması, dövlət qeydiyyat nişanı olmayan və ya başqa dövlətə məxsus qeydiyyat nişanı ilə avtomobil idarə edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib.
Həmin sürücülər ilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol hərəkəti haqqında" qanunun tələbləri barədə məlumat verilib. Ümumilikdə 21 sürücü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
AzVision.az
Teqlər: Avtoş







Vaxtında, Aydın, Lazımlı!


