"Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb" - Kamran Əliyev

   "Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb" -  Kamran Əliyev
  14 Dekabr 2021    Oxunub:1452
"Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib".
AzVision.az - ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: "Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib".

AzVision.az


Teqlər:



Xəbər lenti