İlham Əliyev: "Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır" -VİDEO

   İlham Əliyev:    "Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır" -VİDEO
  14 Dekabr 2021    Oxunub:4559
“Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

- Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır,- dövlət başçısı bildirib.



AzVision.az



Teqlər: Prezident   Zəngəzur  



Xəbər lenti