Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb
  14 Dekabr 2021    Oxunub:1071
Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.
Bu barədə AzVision.az Nazirlər Kabinetinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunularaq tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti