Daha bir dərmanın istifadəsi qadağan edilib

Daha bir dərmanın istifadəsi qadağan edilib
  15 Dekabr 2021    Oxunub:635
Azərbaycanda daha bir dərman vasitəsinin istifadəsi qadağan olunub.
AzVision.az -ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qərar qəbul edib.

Qərara əsasən, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsi geri çağırılıb.

Qeyd edək ki, bundan əvvəl “5-NOK®” ticarət adlı nitroxoline - 50 mg tərkibli örtüklü tabletlər və “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər də geri çağırılmışdı.

AzVision.az



Teqlər: Dərman  



Xəbər lenti