Son dörd ildə 151 min şəxsə əlillik təyin olunub
Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb. Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70%-ə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə artıb. Təqaüdün maksimum məbləği isə 54% artıb.
Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55% artaraq, 1 milyard 611 milyon manata çatıb.
AzVision.az
Teqlər: Əlil







Vaxtında, Aydın, Lazımlı!


