Sinif yoldaşlarını bıçaqla hədələyən şagird psixoloji dəstək alır

Sinif yoldaşlarını bıçaqla hədələyən şagird psixoloji dəstək alır
  15 Dekabr 2021    Oxunub:677
Suraxanı rayonu 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, həmin şagirdin psixologiyasında problem var, lakin üzərinə gedib ittiham etmək düzgün deyil.

"Eyni hal hazırda başqa məktəbdə də özünü büruzə verib. Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb  



Xəbər lenti