"Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib" - BŞTİ müdiri

   "Yeni il şənlikləri ilə bağlı direktorlara tapşırıqlar verilib" -    BŞTİ müdiri
  15 Dekabr 2021    Oxunub:849
"Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı direktorlara tapşırıqlar verilib"
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil:

"Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb  



Xəbər lenti