Məktəblərdə valideyn komitələrinin əvəzinə yeni təşkilatlar yaradılır

 Məktəblərdə valideyn komitələrinin əvəzinə yeni təşkilatlar yaradılır
  15 Dekabr 2021    Oxunub:1140
Orta məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, Valideyn-Müəllim Assosiasiyaları ilə bağlı problemlər artıq bir müddətdir ki, gündəmdədir.

"VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir.

Bu istiqamətdə həm məktəbin təşkilati, həm də inkişafı məsələləri, valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bu istiqamətdə maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq", - deyə o bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb  



Xəbər lenti