Müəllimlərdən pul yığan direktorla bağlı araşdırma aparılır

   Müəllimlərdən pul yığan direktorla bağlı araşdırma aparılır
  15 Dekabr 2021    Oxunub:1706
"189-190 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması iddiası ilə bağlı araşdırma aparılır"
AzVision.az verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".

Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin votsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.

AzVision.az



Teqlər:



Xəbər lenti